Bank Of Baku

Yol qəzalarında 4 nəfər ölüb

Yol qəzalarında 4 nəfər ölüb
# 12 noyabr 2007 14:33 (UTC +04:00)
Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Maştağa qəsəbəsində Bakı şəhər sakini Fuad Qasımzadə idarə etdiyi “VAZ-21154” markalı avtomaşını yolun kənarındakı ağaca vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş F. Qasımzadə orada vəfat edib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Yasamal rayonundakı A. Şərifzadə küçəsində Bakı şəhər sakini Elxan Nəcəfov idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla Bakı şəhər sakini Xanım Məmmədovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş X. Məmmədova orada dünyasını dəyişib. Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.
Qaradağ rayonunun Qobustan qəsəbəsində İmişli rayon sakini Taleh Məhərrəmov idarə etdiyi “Opel-Astra” markalı avtomaşını aşırıb. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş sərnişini, Bakı şəhər sakini Məmməd Əzimov orada ölüb. Faktla bağlı Qaradağ RPİ-də araşdırma aparılır.
Ağdaş rayonunun Pirəyir kəndində rayon sakini Arif Məmmədov idarə etdiyi “VAZ-2105” markalı avtomaşınla kənd sakini 6 yaşlı Samir Ümidəliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş S. Ümidəliyev orada vəfat edib. Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır.
Səbayel rayonunun Şıx qəsəbəsində Qazax rayon sakini Nadir Abbasovun idarə etdiyi “Tatra” və Əli Bayramlı şəhər sakini Telman Soltanovun idarə etdiyi “Ford-Tranzit" markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış T. Soltanov və sərnişinləri, Sumqayıt şəhər sakini Laləzar Hacıyeva, Neftçala rayon sakinləri Eşqim Burçiyev, Ağalar Səfərov, Əli Məlikov, Salyan rayon sakinləri Mais Sultanov, Bəxtiyar Rəsulov, İlham Babayev və Buzovna qəsəbə sakini Sultan Nəzərov xəstəxanaya yerləşdiriliblər. faktla bağlı Səbayel RPİ-də araşdırma aparılır.
Nəsimi rayonundakı H. Ələsgərov küçəsində Bakı şəhər sakini Daşqın Həmidovun idarə etdiyi “Lexus” və Ağdam rayon sakini Qadir Abbasovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış hər iki sürücü və Q. Abbasovun sərnişini, həmyerlisi Şəlalə Şahmarova xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Nəsimi RPİ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR