Bank Of Baku

Zaqatalada 56 yaşlı sakin su quyusuna düşərək ölüb

Zaqatalada 56 yaşlı sakin su quyusuna düşərək ölüb
# 13 noyabr 2007 08:22 (UTC +04:00)
Zaqatalada 56 yaşlı sakin su quyusuna düşərək ölüb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsinin (RPŞ) baş müstəntiqi Səbuhi Cəfərov məlumat verib. S. Cəfərovun sözlərinə görə, hadisə ötən gün rayonun Suvagil kəndində baş verib. Kənd sakini, 1951-ci il təvəllüdlü Həmid Məhəmməd oğlu Həlimov həyətyanı ərazisində yerləşən su kəhrizinə düşərək boğulub. H. Həlimovun ailə üzvüləri və qonşuları onun cəsədini hadisə baş verəndən bir neçə saat sonra aşkar edərək, dərhal RPŞ-nə müraciət ediblər. Tibbi ekspertizanın rəyinə əsasən, cəsədin üzərində heç bir zorakılıq əlamətləri aşkar edilməyib. H. Həlimovun quyudan su götürmək istəyərkən sürüşərək kəhrizə düşdüyü ehtimal olunur. Faktla bağlı Zaqatala Rayon Prokurorluğunda təhqiqat aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR