Bank Of Baku

Azərbaycanın Lənkəran rayonunda balıqçı qayığı batıb, iki nəfər itkin düşüb

Azərbaycanın Lənkəran rayonunda balıqçı qayığı batıb, iki nəfər itkin düşüb
# 13 noyabr 2007 08:40 (UTC +04:00)
APA-nın cənub bürosunun xəbərinə görə, sərhədçilər dərhal divizionun gəmisi ilə hadisə yerinə gedərək, “Xəzər” MMC-yə məxsus qayığı balıqçıları ilə birgə xilas ediblər. Xilas edilənlər Lənkəran şəhər sakinləri 1969-cu il təvəllüdlü Əfqan İslam oğlu Məmmədov və onun 1971-ci il təvəllüdlü qardaşı Şahindir. “Lənkəran Konserv” SC-yə məxsus digər qayığın və içindəki balıqçıların taleyi barədə isə hələlik heç bir məlumat yoxdur. İtkin düşən şəxslər Lənkəran rayonunun Nərimanabad qəsəbə sakinləri 1975-ci il təvəllüdlü Taleh Allahkərim oğlu Əhədov və 1976-cı il təvəllüdlü Ağababa Gülağa oğlu Mikayılovdur. Axtarış tədbirləri davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR