Bank Of Baku

Sabirabadda oğurluqla məşğul olan mütəşəkkil qrup yaxalanıb

Sabirabadda oğurluqla məşğul olan mütəşəkkil qrup yaxalanıb
# 13 noyabr 2007 09:06 (UTC +04:00)
Sabirabadda oğurluqla məşğul olan mütəşəkkil qrup yaxalanıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Sabirabad Rayon Polis Şöbəsinin əməliyyat üzrə rəis müavini Xalid Quliyevin məlumat verib. Onun sözlərinə görə, noyabrın 11-də Sabirabad rayonunun Şıxlar kənd sakini Səlim Ağasəlim oğlu Səlimova məxsus 4 baş qoyunu oğurlayan əvvəllər məhkum olunmuş şəxslər - 1977-ci il təvəllüdlü Sabirabad rayonunun Qalaqayın kənd sakinləri Yaşar Nüsrət oğlu İmanov, 1964-cü il təvəllüdlü Süleyman Ayaz oğlu Qurbanov və 1975-ci il təvəllüdlü Sabirabad şəhər sakini Tehran Abdul oğlu Nağdəliyev RPŞ-nin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində həbs olunublar. Bundan başqa, həmin qrupun əvvəllər törətdiyi oğurluqların da üstü açılıb. Faktla bağlı Sabirabad RPŞ-də cinayət işi açılıb, istintaq aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR