Bank Of Baku

Yol qəzalarında 3 nəfər ölüb, 6 nəfər yaralanıb

Yol qəzalarında 3 nəfər ölüb, 6 nəfər yaralanıb
# 13 noyabr 2007 13:33 (UTC +04:00)
Şamaxı rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Yevlax şəhər sakini İlqar Abdullayev idarə etdiyi “Opel” markalı avtomaşınla Kəlbəcər rayon sakini Vaqif Yusifovu vurub. Nəticədə V. Yusifov hadisə yerində keçinib, İ. Abdullayevin xəsarət almış sərnişini, Bakı şəhər sakini Nizami Zeynalova isə xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb. Faktla bağlı Şamaxı RPŞ-də araşdırma aparılır.
Ağstafa rayonu ərazisində rayon sakini İlqar Hacıyevin idarə etdiyi “VAZ-21099” və Tovuz rayon sakini Zakir Aslanovun idarə etdiyi “QAZel” markalı avtomaşınlar toqquşub. Nəticədə İ. Hacıyevin sərnişini Ramin Şahvələdov hadisə yerində ölüb, xəsarət almış sürücü və digər sərnişini Musa Musayev isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Ağstafa RPŞ-də araşdırma aparılır.
Quba rayonunun Püstə Qasım kəndində kənd sakini Ələsgər Yarəliyev idarə etdiyi “QAZ-52” markalı avtomaşını aşırıb. Nəticədə sərnişini, həmkəndlisi Ömərpaşa Allahverdiyev hadisə yerində ölüb, xəsarət almış Ə. Yarəliyev, digər sərnişinləri, Xaçmaz rayon sakinləri Rəsul Mustafayev və Pənah Nöhbalayev xəstəxanaya yerləşdirilib. Faktla bağlı Quba RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR