Bank Of Baku

Bədbəxt hadisələr nəticəsində 4 nəfər dünyasını dəyişib

Bədbəxt hadisələr nəticəsində 4 nəfər dünyasını dəyişib
# 13 noyabr 2007 13:40 (UTC +04:00)
Azərbaycanın bir neçə sakini bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Qaradağ rayonunun Səngəçal qəsəbəsində Goranboy rayon sakini Mehman Pənahovun idarə etdiyi “İkarus” markalı avtomaşında təmir işləri apararkən qaldırıcının nasazlığından avtomaşının altında qalıb. M. Pənahov aldığı xəsarətdən xəstəxanada dünyasını dəyişib.
Salyan rayonunda rayon sakinləri Ələkbər Rəhmanovun idarə etdiyi “LAZ-695” və Qahir Həsənovun idarə etdiyi “LAZ-695” markalı avtomaşınları yedəklə çəkərkən Q. Həsənovun oğlu Samir avtomaşınların arasında qalaraq ölüb.
Zaqatala rayonunun Suvagil kənd sakini Həmid Həlimov həyətində su quyusuna düşərək boğulub.
Tovuz rayonunun Aşağı Öysüzlü kənd sakini, ruhi xəstə İlqar Sadıqov evində sobanın üstünə yıxılaraq yanıq xəsarəti alıb. Xəstəxanaya yerləşdirilmiş İ. Sadıqov noyabrın 12-də orada vəfat edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR