Bank Of Baku

Lənkəranda itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb

Lənkəranda itkin düşən 2 balıqçıdan birinin meyiti tapılıb
# 13 noyabr 2007 14:31 (UTC +04:00)
Qeyd edək ki, dünən saat 13:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Cənub Katerlər Divizionuna Xəzər dənizinin Lənkərana aid hissəsində 2 balıqçı qayığının qəza vəziyyətində olması barədə məlumat daxil olub. Sərhədçilər dərhal divizionun gəmisi ilə hadisə yerinə gedərək, “Xəzər” MMC-yə məxsus qayığı balıqçıları ilə birgə xilas ediblər. Bunlar Lənkəran şəhər sakinləri 1969-cu il təvəllüdlü Əfqan İslam oğlu Məmmədov və onun 1971-ci il təvəllüdlü qardaşı Şahindir. “Lənkəran Konserv” SC-yə məxsus digər qayıqda isə Lənkəran rayonunun Nərimanabad qəsəbə sakinləri 1975-ci il təvəllüdlü Taleh Allahkərim oğlu Əhədov və 1976-cı il təvəllüdlü Ağababa Gülağa oğlu Mikayılov olub. Hazırda T. Əhədovun axtarışı davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR