Bank Of Baku

Ermənistan tərəfindən əsir götürülən azərbaycanlı mülki şəxsin adı açıqlanıb

Ermənistan tərəfindən əsir götürülən azərbaycanlı mülki şəxsin adı açıqlanıb
# 14 noyabr 2007 09:24 (UTC +04:00)
APA-nın xəbərinə görə, məlumatda bildirilir ki, Qazax rayonu II Şıxlı kənd sakini, 1974-cü il təvəllüdlü Binnətov Məsim Elxan oğlu noyabrın 5-də müəmmalı şəraitdə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb. Faktın Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyi tərəfindən təsdiq edildiyi bildirilib. Məlumata görə, BQXK nümayəndələri noyabrın 9-da Ermənistan Respublikası ərazisində Məsim Binnətova baş çəkiblər: “Məsim Binnətovun sağlıq durumu və saxlanma şəraitinin normal olduğu bildirilir. Dövlət Komissiyası tərəfindən olayla bağlı müvafiq araşdırmalar aparılır, Məsim Binnətovun vətənə qaytarılması istiqamətində zəruri tədbirlər həyata keçirilir. Girovla bağlı məlumatlar Dövlət Komissiyası tərəfindən mütəmadi surətdə ictimaiyyətə çatdırılacaq”.
Qeyd edək ki, Azərbaycan vətəndaşının Ermənistan tərəfindən əsir götürülməsi barədə ilk olaraq APA xəbər yayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR