Bank Of Baku

Sabunçu rayonu ərazisində tikilməkdə olan binada yanğın baş verib

Sabunçu rayonu ərazisində tikilməkdə olan binada yanğın baş verib
# 14 noyabr 2007 10:08 (UTC +04:00)
Bu gün saat 04.00 radələrində Bakı şəhərinin Sabunçu rayonu ərazisində tikilməkdə olan çoxmərtəbəli binada güclü yanğın hadisəsi qeydə alınıb. Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bakıxanov qəsəbəsi, Nazim İsmayılov küçəsi 69 ünvanında baş verib. Tikilməkdə olan 1 bloklu, hündürmərtəbəli binanın damında baş vermiş yanğın nəticəsində 388 kvadratmetr ərazi yanıb. Yanğının qarşısı yanğınsöndürənlər tərəfindən alınıb, hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR