Bank Of Baku

Həyat yoldaşını qətlə yetirən Şəki sakini intihara cəhd edib

Həyat yoldaşını qətlə yetirən Şəki sakini intihara cəhd edib
# 14 noyabr 2007 10:57 (UTC +04:00)
Həyat yoldaşını qətlə yetirən Şəki sakini daha sonra özünə qəsd edib. Şəki rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, hadisə ötən gecə rayonun Zəyzid kəndində baş verib. Kənd sakini Raqib Əşirov həyat yoldaşı Kifayət Əşirovanı öldürərək kənd ərazisindəki su kanalına atıb və daha sonra sirkə turşusu içərək özünə qəsd edib. R. Əşirov ağır vəziyyətdə rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər dediyinə görə, xəstənin vəziyyəti ağır olaraq qalır. RPŞ-dən həmçinin bildirilib ki, K. Əşirovanın cəsədini bu gün Zəyzid kəndi ərazisindəki su kanalından tapmaq mümkün olub. Lakin istintaq qrupu R. Əşirovun səhhətinin ağır olması üzündən onun həyat yoldaşını hansı səbəbdən öldürməsi faktını hələ müəyyən edə bilməyiblər. Baş vermiş cinayət hadisəsi ilə bağlı Şəki rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR