Bank Of Baku

Yol qəzalarında 2 nəfər ölüb

Yol qəzalarında 2 nəfər ölüb
# 14 noyabr 2007 13:09 (UTC +04:00)
Sumqayıt şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sumqayıt şəhər sakini Şəhriyar Şükürov idarə etdiyi “Mercedes" markalı avtomaşınla şəhər sakini Nigar Şükürovanı vurub. Nəticədə N. Şükürova hadisə yerində keçinib. Faktla bağlı Sumqayıt ŞPİ-də araşdırma aparılır.
Xırdalan şəhərindəki “Aztelekom” İstehsalat Birliyinin nəqliyyat sexində Bakı şəhər sakini Ramin Qasımov idarə etdiyi “KamAZ” markalı avtomaşınla oranın çilingəri Rəfael Abdullayevi vurub. Nəticədə R. Abdullayev hadisə yerində ölüb. Faktla bağlı Abşeron RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR