Bank Of Baku

Yol qəzalarında 4 nəfər ölüb, 1 nəfər yaralanıb

Yol qəzalarında 4 nəfər ölüb, 1 nəfər yaralanıb
# 15 noyabr 2007 12:44 (UTC +04:00)
Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayondakı Zığ yolu küçəsində Şüvəlan qəsəbə sakini Ramil Hüseynov idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla Bakı şəhər sakini Mahizə Abdullayevanı və gəlini Gülnar Əliyevanı vurub. Nəticədə M. Abdullayeva və G. Əliyeva hadisə yerində keçinib. Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.
İmişli rayonunun Qaralar kəndində Qax rayon sakini Həmid Abakarov idarə etdiyi “Mercedes” markalı avtomaşını maneəyə vurub. Nəticədə H. Abakarov və sərnişinlərindən İmişli rayon sakini Niyaməddin Cabbarov hadisə yerində ölüb, xəsarət almış digər sərnişini, İmişli rayon sakini Faiq Məmmədov xəstəxanaya yerləşdirilib. Faktla bağlı İmişli RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR