Bank Of Baku

Masallı sakinindən 1 kiloqramdan artıq tiryək götürülüb

Masallı sakinindən 1 kiloqramdan artıq tiryək götürülüb
# 15 noyabr 2007 12:56 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülüb. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Nərimanov RPİ-nin 17-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Masallı rayon sakini Cavad Məmmədovdan 1 kiloqram 41 qram tiryək götürülüb. Sumqayıt ŞPİ-nin əməkdaşları şəhər sakini Alim Səlimovdan 290,41 qram marixuana götürüb. Sabirabad rayon sakini, əvvəllər məhkum olunmuş Rəsul Rüstəmov rayon sakini Valeh Abuşovdan aldığı 0,2 qram heroini könüllü olaraq Sabirabad RPŞ-yə təhvil verib. Sabirabad RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində V. Abuşov tutulub. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni rayon sakini, əvvəllər məhkum olunmuş Gəray Heydərovdan alması müəyyən edilib. G.Heydərov saxlanılıb, ondan 2,7 qram heroin və 1 ədəd düyməli bıçaq götürülüb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR