Bank Of Baku

Yol qəzalarında 4 nəfər ölüb

Yol qəzalarında 4 nəfər ölüb
# 16 noyabr 2007 14:04 (UTC +04:00)
Sabunçu rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 1-ci Zabrat qəsəbə sakini Əliağa Əsədov idarə etdiyi “VAZ-2107” markalı avtomaşınla həmyerlisi Əli Abdullayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Ə. Abdullayev orada vəfat edib. Faktla bağlı Sabunçu RPİ-də araşdırma aparılır.
Suraxanı rayonundakı Zığ yolu küçəsində Zığ qəsəbə sakini Zülfüqar Əliyev idarə etdiyi “KamAZ” markalı avtomaşınla Füzuli rayon sakini İlham Qayıbalıyevi vurub. Nəticədə İ.Qayıbalıyev hadisə yerində ölüb. Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır.
Yevlax rayonunda rayon sakini Ramil Həşimovun idarə etdiyi “VAZ-2107” və Bakı şəhər sakini Əlizadə Fətullayevin idarə etdiyi “Ford-Tranzit” markalı avtomaşınlar toqquşub. Nəticədə R. Həşimovun sərnişini, həmyerlisi Fuad Xasıyev hadisə yerində keçinib, xəsarət almış hər 2 sürücü isə xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Yevlax RPŞ-də araşdırma aparılır.
Qusar rayonunun Samur qəsəbəsində Yeni Tahircal kənd sakini Füzuli Qurbanəliyev idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla həmkəndlisi Günəş Şeydayevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş G. Şeydayeva orada dünyasını dəyişib. Faktla bağlı Qusar RPŞ-də araşdırma aparılır.
Biləsuvar rayonu ərazisində “Hunday” markalı avtomaşınla Cəlilabad rayon sakini Taciəddin Bəşirov vurulub. Nəticədə xəsarət almış T. Bəşirov xəstəxanaya yerləşdirilib, vəziyyəti qənaətbəxşdir. Biləsuvar RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Lənkəran rayon sakini Bəhruz Əsgərov tutulub. Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR