Bank Of Baku

“Dalğa” Gənclər Hərəkatı İçəri şəhərdə qədim tikililərin sökülməsinə qarşı etiraz aksiyası keçirib

“Dalğa” Gənclər Hərəkatı İçəri şəhərdə qədim tikililərin sökülməsinə qarşı etiraz aksiyası keçirib
# 16 noyabr 2007 15:13 (UTC +04:00)
Bu gün saat 15:00-da “Dalğa” Gənclər Hərəkatı Qız Qalasının qarşısında İçəri şəhərdə qədim tikililərin sökülməsinə qarşı etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları “İçəri şəhər bizimdir!”, “İçəri şəhərdə yeni tikililərə son qoyulsun!” kimi şüarlar səslənib və aidiyyəti dövlət qurumlarını məsələyə münasibət bildirməyə çağırıb. Aksiya keçirilən əraziyə gələn Səbayel Rayon Polis İdarəsinin əməkdaşları piket iştirakçılarını Qız Qalasının qarşısından uzaqlaşdırıb, hərəkatın sədri Vəfa Cəfərova və 10-a yaxın üzvü 9-cu polis bölməsinə aparılıblar. Yarım saat polis bölməsində saxlanılan aksiya iştirakçıları xəbərdarlıq edildikdən sonra sərbəst buraxılıblar. Qeyd edək ki, “Dalğa” Gənclər Hərəkatı noyabrın 12-dən 18-dək olan həftəni “Mənim şəhərim” həftəsi elan edib. Bu günlər ərzində silsilə tədbirlər keçirmək planlaşdırılıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR