Bank Of Baku

Astarada iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Astarada iki piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
# 17 noyabr 2007 08:11 (UTC +04:00)
Astara rayonunda üç piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Piyadalardan ikisi yerindəcə keçinib, digəri isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. APA-nın Cənub bürosunun məlumatına görə, hadisə şəhərin “Azərbaycan” küçəsində baş verib. Astara şəhər sakini, 42 yaşlı İntiqam Qasımov idarə etdiyi “Moskvi甝markalı, “10 FC 437” dövlət nömrə nişanlı avtomaşınla qəza törədərək, piyadalar - Astara şəhər sakinləri, 64 yaşlı Raqif İbrahimovu, 60 yaşlı Əmir Əmirovu və 11 yaşlı Orxan Cahangirlini vuraraq hadisə yerindən qaçıb. Raqif İbrahimov və Əmir Əmirov hadisə yerindəcə keçiniblər. Orxan Cahangirli isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıb və ilkin tibbi yardımdan sonra evə buraxılıb. Hadisəni törədən İntiqam Qasımov qəza törətdiyi “Moskvi甝 maşınını Xəzər dənizinin Astara rayonu hissəsinə aid olan sahilinə apararaq avtomaşının üstünə benzin tökərək yandırıb. Astara rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılaraq istintaq orqanlarına təhvil verilib. Hadisənin İntiqam Qasımovun içkili vəziyyətdə avtomaşını yüksək sürətlə idarə etməsi nəticəsində baş verdiyi ehtimal olunur. Faktla bağlı Cinayət Məcəlləsinin 263.3 və 264-cü maddələri ilə cinayət işi açılıb, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR