Bank Of Baku

Narkotik maddə satan şəxslər həbs olunub

Narkotik maddə satan şəxslər həbs olunub
# 17 noyabr 2007 11:54 (UTC +04:00)
Daxili işlər orqanlarının əməkdaşları tərəfindən vətəndaşlardan narkotik vasitələr götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Əzizbəyov Rayon Polis İdarəsinin əməkdaşları Sabirabad rayon sakinləri Rəhim Kərimov və Elxan Məmmədovdan 0,239 qram heroin, Yasamal Rayon Polis İdarəsinin 27-ci polis bölməsinin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rəfayel Abbasovdan 0,206 qram heroin, Sumqayıt şəhər Polis İdarəsinin əməkdaşları Köhnə Kotec qəsəbə sakini, əvvəllər məhkum olunan Şahin Dadaşovdan 0,236 qram heroin götürüblər. Zaqatala Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Qax rayon sakini Elman Sofiyev 150 qram marixuananı həmyerlisi Vahid Novruzova satarkən tutulub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR