Bank Of Baku

Tanınmamış Çeçen İçkeriya Respublikasının Bakıdakı keçmiş nümayəndəsinin müavini Azərbaycan paytaxtında qətlə yetirilib

Tanınmamış Çeçen İçkeriya Respublikasının Bakıdakı keçmiş nümayəndəsinin müavini Azərbaycan paytaxtında qətlə yetirilib
# 19 noyabr 2007 09:00 (UTC +04:00)
Respublika Baş Prokurorluğundan APA-ya bildirilib ki, 1958-ci il təvəllüdlü İ. Qazıyev noyabrın 18-də saat 23.00 radələrində Binəqədi rayonu ərazisində özünə məxsus “QAZ-31” markalı maşının yanında odlu silahla öldürülüb. Naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində 7 güllə yarası almış İ. Qazıyev hadisə yerindəcə keçinib. Hadisə yerindən cinayətdə istifadə olunan “Baykal” tipli tapança və səsboğucu aşkarlanıb. Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120 (qəsdən adamöldürmə) və 228-ci (qanunsuz silah əldə etmə, gəzdirmə, saxlama) maddəsi ilə cinayət işi başlanıb. Hələlik faktla bağlı saxlanan yoxdur. Araşdırma aparılır, qətlin səbəbi və qatilin şəxsiyyəti müəyyənləşdirilir.
Azərbaycandakı çeçen icmasının rəhbəri Ramzan Mollayev APA-ya açıqlamasında meyitin ekspertizada olduğunu, hüquq-mühafizə orqanlarının mərhumun qohumlarını dindirdiyini bildirib. Dəfnin vaxtının hələlik müəyyənləşmədiyini deyən R. Mollayevin sözlərinə görə, İ. Qazıyevin Vətənində torpağa tapşırılacağı daha real variantdır. O, İ. Qazıyevin çeçenlər tərəfindən öldürülməsi versiyasını istisna edib: “Onun ölümü bizim üçün böyük itkidir”. R. Mollayev mərhumun düşməni olmadığını da qeyd edib: “O, heç bir kriminal
və qeyri-qanuni fəaliyyətlə məşğul olmayıb, yalnız humanitar layihələr həyata keçirib. İmran Qazıyevi hamı sevirdi”.
Qeyd edək ki, İ. Qazıyevin ailəsi də Bakıda yaşayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR