Bank Of Baku

Noyabrın 12-də Lənkəranda itkin düşən 2 balıqçıdan daha birinin meyiti tapılıb

Noyabrın 12-də Lənkəranda itkin düşən 2 balıqçıdan daha birinin meyiti tapılıb
# 19 noyabr 2007 12:42 (UTC +04:00)
APA-nın cənub bürosunun xəbərinə görə, bu gün saat 13:00 radələrində Lənkəran rayonunun Nərimanabad qəsəbə sakini, 1975-ci il təvəllüdlü Taleh Allahkərim oğlu Əhədovun meyiti sudan çıxarılıb. T. Əhədovun meyiti balıqçılar tərəfindən aşkarlanıb.
Qeyd edək ki, noyabrın 12-də saat 13:40 radələrində Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Cənub Katerlər Divizionuna Xəzər dənizinin Lənkərana aid hissəsində 2 balıqçı qayığının qəza vəziyyətində olması barədə məlumat daxil olub. Sərhədçilər dərhal divizionun gəmisi ilə hadisə yerinə gedərək, “Xəzər” MMC-yə məxsus qayığı balıqçıları ilə birgə xilas ediblər. Bunlar Lənkəran şəhər sakinləri 1969-cu il təvəllüdlü Əfqan İslam oğlu Məmmədov və onun 1971-ci il təvəllüdlü qardaşı Şahin olub. “Lənkəran Konserv” SC-yə məxsus digər qayıqda isə Lənkəran rayonunun Nərimanabad qəsəbə sakinləri 1975-ci il təvəllüdlü Taleh Allahkərim oğlu Əhədov və 1976-cı il təvəllüdlü Ağababa Gülağa oğlu Mikayılov olub. Həyata keçirilən axtarış tədbirləri nəticəsində A. Mikayılovun meyiti sudan çıxarılıb. T. Əhədovun axtarışları isə bu günə kimi nəticə verməmişdi. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR