Bank Of Baku

Yol qəzalarında 5 nəfər həlak olub

Yol qəzalarında 5 nəfər həlak olub
# 19 noyabr 2007 13:19 (UTC +04:00)
Əzizbəyov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayondakı Dübəndi bağlar sahəsində Samir Əliyev idarə etdiyi “BMW” markalı avtomaşını aşırıb. Nəticədə onun sərnişinlərindən Bakı şəhər sakini Taleh Kərimov hadisə yerində keçinib, xəsarət almış Bakı şəhər sakini Rəşad Mahmudov isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı Əzizbəyov RPİ-də araşdırma aparılır.
Qaradağ rayonun Sahil qəsəbəsində Ağcabədi rayon sakini Tofiq Mirzəyev idarə etdiyi “Ford” markalı avtomaşınla Hacıqabul rayon sakini Zakir Musayevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş Z. Musayev orada vəfat edib. Faktla bağlı Qaradağ RPİ-də araşdırma aparılır.
Xanlar rayonunda rayon sakini Ramil Nəsrullayev idarə etdiyi “VAZ-2101” markalı avtomaşını aşırıb. Nəticədə sərnişinlərindən Gürcüstan vətəndaşı Siruz Allahverdiyev hadisə yerində ölüb, xəsarət almış R. Nəsrullayev və Aşıqlı kənd sakini Ramin Verdiyev, Xanlar rayon sakinləri Rəşad Nəsrullayev və Cahangir Novruzov xəstəxanaya yerləşdiriliblər. C. Novruzova xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digərlərinin vəziyyətləri isə orta-ağırdır. Faktla bağlı Xanlar RPŞ-də araşdırma aparılır.
Saat 09.30 radələrində Şəki rayonunun Qudula kəndində Sənan Qürbətov idarə etdiyi “BMW” markalı avtomaşını aşırıb. Nəticədə S. Qürbətov hadisə yerində həlak olub. Faktla bağlı Şəki RPŞ-də araşdırma aparılır.
Tovuz rayonunun Düz Qırıqlı kəndində Aşağı Quşçu kənd sakini İsmixan Süleymanov idarə etdiyi “Ford” markalı avtomaşınla 40-45 yaşlı kişini vurub. Nəticədə həmin kişi hadisə yerində ölüb. Faktla bağlı Tovuz RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR