Bank Of Baku

İki nəfəri öldürməkdə, 5 nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Fizuli rayon sakini həbs edilib

İki nəfəri öldürməkdə, 5 nəfərə isə xəsarət yetirməkdə təqsirləndirilən Fizuli rayon sakini həbs edilib
# 19 noyabr 2007 14:43 (UTC +04:00)
Beyləqan rayon prokuroru Allahverdi Səfərov APA-ya bildirib ki, o, bu il noyabrın 18-də rayon polis şöbəsinin əməkdaşları tərəfindən öz evində həbs olunub. Prokurorun sözlərinə görə, hadisə 2006-cı il avqustun 13-dən 14-nə keçən gecə baş verib. Z. Həziyevin həyat yoldaşı Həbibə Həziyeva ailə münaqişəsi nəticəsində acıq edərək atası evinə gedib. Bundan qəzəblənən Z. Həziyev qayınatasının evinə gedərək 12 yaşlı qaynı Fədai Zeynalovu, sonra isə qayınatası Cavanşir Zeynalovu qətlə yetirib. Evdə olan baldızları Mehriban Mirzəyeva, Nəsibə Zeynalova, qohumları Gülşən Məhəmməd qızı Zeynalova, Aygün Əbil qızı Mirzəyev və Xətai Əbil oğlu Mirzəyevə ağır xəsarət yetirib. Həyat yoldaşı H. Həziyeva isə başqa otaqda gizlənərək xilas ola bilib. Faktla bağlı həmin vaxt Cinayət Məcələsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 29,120.2.7-ci (iki və ya daha çox adamı öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb, Z. Həziyev həbsli axtarışa elan olunub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR