Bank Of Baku

Azərbaycan paytaxtında qətlə yetirilmiş İmran Qazıyevin cəsədi dəfn olunmaq üçün Çeçenistana göndərilib

Azərbaycan paytaxtında qətlə yetirilmiş İmran Qazıyevin cəsədi dəfn olunmaq üçün Çeçenistana göndərilib
# 20 noyabr 2007 08:21 (UTC +04:00)
Bu barədə APA-ya Azərbaycandakı çeçen qaçqınların nümayəndəsi Ramzan Mollayev məlumat verib. Onun sözlərinə görə, vida mərasiminə qatılan İmran Qaziyevin qohumları cəsədin dəfn olunmaq üçün Çeçenistana göndəriləcəyini bildiriblər. Artıq cəsəd dünən axşam Çeçenistana göndərilib. Ramzan Mollayev çeçen icmasının bu qətlə görə Rusiya xüsusi xidmət orqanlarını günahlandırdığını bildirib: “Onlardan başqa İçkeriya kimə mane olur? İmran Qazıyev burada rəsmi şəxs idi, onu yalnız Rusiya nümayəndələri öldürə bilərdi”. Qeyd edək ki, tanınmamış Çeçen İçkeriya Respublikasının Bakıdakı keçmiş nümayəndəliyinin rəhbəri Əli Asayevin müavini olmuş İmran Qazıyev Azərbaycanın paytaxtı Bakı şəhərində qətlə yetirilib. Respublika Baş Prokurorluğundan APA-ya bildirilib ki, 42 yaşlı İ. Qazıyev noyabrın 18-də saat 23.00 radələrində Binəqədi rayonu ərazisində özünə məxsus “QAZ-31” markalı maşının yanında odlu silahla öldürülüb. Naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində 7 güllə yarası almış İ. Qazıyev hadisə yerindəcə keçinib. Hadisə yerindən cinayətdə istifadə olunan “Baykal” tipli tapança və səsboğucu aşkarlanıb. Faktla bağlı Cinayət Məcəlləsinin 120 (qəsdən adamöldürmə) və 228-ci (qanunsuz silah əldə etmə, gəzdirmə, saxlama) maddəsi ilə cinayət işi başlanıb. Hələlik faktla bağlı saxlanan yoxdur. Araşdırma aparılır, qətlin səbəbi və qatilin şəxsiyyəti müəyyənləşdirilir. Qeyd edək ki, İ. Qazıyevin ailəsi də Bakıda yaşayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR