Bank Of Baku

Goranboy rayonu ərazisində külli miqdarda silah-sursat aşkarlanıb

Goranboy rayonu ərazisində külli miqdarda silah-sursat aşkarlanıb
# 20 noyabr 2007 09:52 (UTC +04:00)
ANAMA-dan APA-nın Qarabağ bürosuna verilən məlumata görə, qazıntılar zamanı 300-dən çox silah və raket aşkarlanıb. Bunlar əksəriyyəti istifadəyə yararlı olmayan top, minaatan və qumbaraatan silahlarına məxsus olan mərmilərdir. Mütəxəssislər ərazidən daha çox silah-sursatın aşkarlanacağını ehtimal edirlər. Bundan başqa, ANAMA əməkdaşları rayonun Ağcakənd kəndi ərazisindən 1 ədəd piyada əleyhinə mina aşkar edərək zərərsizləşdiriblər. Kənd yaxınlığındakı meydançada oynayan uşaqlar orada minaya rast gəliblər və bu barədə dərhal Xocalı Rayon Polis Şöbəsinə məlumat veriblər. Asayiş keşikçiləri ANAMA əməkdaşları ilə birgə əraziyə gedərək, minanı zərərsizləşdiriblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR