Bank Of Baku

Tağı Əhmədov: “Stansiyadan qaz iyi gələrkən insanlar yalnız qaçmağı düşünüblər”

Tağı Əhmədov: “Stansiyadan qaz iyi gələrkən insanlar yalnız qaçmağı düşünüblər”
# 20 noyabr 2007 12:01 (UTC +04:00)
Bakı Metropoliteninin “Ulduz” stansiyasında bir neçə gün əvvəl qaz qoxusunun hiss edilməsi ilə bağlı araşdırma aparılır. APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov deyib. O bildirib ki, qatarda aparılan yoxlamalar texniki nasazlığın olmadığını göstərib: “Metroda həmişə güclü təhlükəsizlik tədbirləri görülür. Stansiyadan qaz iyi gələrkən insanlar bircə şeyi - qaçmağı düşünüblər. Gəlib polisə, Metropolitenə deyən olmadı ki, belə bir hadisə baş verib. Bu cür hərəkət doğru deyil və insanların öz taleyinə laqeyd yanaşması deməkdir. Bir qatarda 3 minə yaxın adam olur. Metroda təhlükəsizlik tədbirləri yüksək səviyyədə olsa da, sərnişinlər də diqqətli olmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR