Bank Of Baku

Fuad Ələsgərov: “Din pərdəsi altında terrorçuluq əməliyyatı həyata keçirən şəxslərlə mübarizə davam edəcək”

Fuad Ələsgərov: “Din pərdəsi altında terrorçuluq əməliyyatı həyata keçirən şəxslərlə mübarizə davam edəcək”
# 20 noyabr 2007 12:18 (UTC +04:00)
APA-nın məlumatına görə, bu fikirləri Prezident Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov söyləyib. Onun sözlərinə görə, radikal vəhhabilik, dini ekstremizmlə bağlı məsələdir: “Bu şəxslər konkret cinayətlər törədiblər, terrorçuluğa cəhdlər olub və külli miqdarda silah-sursatın oğurlanması halı baş verib. Bu, bizi narahat edən haldır. Hazırda bu dinə məxsus olan şəxslər tərəfindən din pərdəsi altında konkret cinayətin törədilməsindən danışırıq, dini ekstremizmə qarşı mübarizə aparırıq. Bundan sonra da din pərdəsi altında terrorçuluq əməliyyatı həyata keçirən şəxslərlə mübarizə aparacağıq”. Vəhhabiliyin Azərbaycanda qadağan edilməsinə nə qədər ehtiyacın olub-olmamasına gəldikdə, F. Ələsgərov bildirib ki, biz ənənəvi dinimizə hörmətlə yanaşmalıyıq: “Təriqətlərə gəldikdə, fikrimcə, bu məsələdə kompleks tədbirlər həyata keçirilməlidir. Dindən ayrı məqsədlər üçün istifadə olunanda təbii ki, ictimaiyyət buna qarşı çıxmalıdır”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR