Bank Of Baku

Yaşadığı evi yandıran Quba rayon sakini haqqında cinayət işi qaldırılıb

Yaşadığı evi yandıran Quba rayon sakini haqqında cinayət işi qaldırılıb
# 20 noyabr 2007 12:51 (UTC +04:00)
Noyabrın 15-dən 16-na keçən gecə Quba rayonunun Alpan kəndindəki iki mərtəbəli binanın və evin həyətindəki “Jiquli” markalı avtomobilin yanma səbəbləri aydınlaşıb. Quba Rayon Polis Şöbəsindən APA-nın şimal bürosuna verilən xəbərə görə, yanğını həmin evin sakini, 24 yaşlı Eşqin Valəddin oğlu Rəsulov törədib. Mütəmadi olaraq sərxoşluq edən Alpan kənd sakini ailə münaqişəsi zəminində bu hərəkətə əl atıb. O, əvvəlcə evdəki elektrik sayğacını sındırıb, sonra isə “Jiquli”yə od vurub. Yanğın avtomobildən evə keçib və nəticədə ev yanıb. Hüquq-mühafizə orqanlarının araşdırmalarından sonra Eşqin Rəsulov şübhəli şəxs qismində saxlanılıb, sonradan yanğını törətdiyini boynuna alıb. Faktla bağlı Quba rayon prokurorluğu Cinayət Məcəlləsinin 186.2.1 və 186.2.2 maddələri ilə (külli miqdarda əmlaka ziyan vurma və qəsdən yandırma) cinayət işi qaldırıb. İlkin hesablamalara görə, evə təxminən 40 min manata yaxın ziyan dəyib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR