Bank Of Baku

Yol qəzalarında 6 nəfər ölüb

Yol qəzalarında 6 nəfər ölüb
# 20 noyabr 2007 13:49 (UTC +04:00)
Əzizbəyov rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Mərdəkan qəsəbəsində Pərvin Nizamov idarə etdiyi “VAZ-2107" markalı avtomaşınla həmyerlisi Nina Məmmədovanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş N.Məmmədova orada keçinib. Faktla bağlı Əzizbəyov RPİ-də araşdırma aparılır.
Suraxanı rayonundakı Aeroport yolunda Ağdam rayon sakini Vaqif Əliyevin idarə etdiyi “VAZ-2109” və Türkan qəsəbə sakini Alim Babayevin idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşub. Nəticədə V. Əliyev hadisə yerində ölüb. Faktla bağlı Suraxanı RPİ-də araşdırma aparılır.
Samux rayonunun İnstitut qəsəbəsində Gəncə şəhər sakini Şöhrəddin Əliyev “Moskviç-412” markalı avtomaşını sərxoş halda idarə edərkən qəsəbə sakini Nəriman Əliyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş N. Əliyev orada vəfat edib. Faktla bağlı Samux RPŞ-də araşdırma aparılır.
Yasamal rayonundakı A. Şərifzadə küçəsində Bakı şəhər sakini Elvin Musayev idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla Bakı şəhər sakini Həsənağa Hacıyevi vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş H. Hacıyev orada dünyasını keçinib. Faktla bağlı Yasamal RPİ-də araşdırma aparılır.
Abşeron rayonunun Saray qəsəbəsində Təvəkkül Hüseynov idarə etdiyi “VAZ-2106” markalı avtomaşınla həmyerlisi Mahmud Kərimovu və Sumqayıt şəhər sakini Mirəli Əhədovu vurub. Nəticədə xəsarət almış M. Kərimov və M. Əhədov xəstəxanaya yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, M. Kərimov orada ölüb. Faktla bağlı Abşeron RPŞ-də araşdırma aparılır.
İsmayıllı rayonunun Zərgəran kəndində Bakı şəhər sakinləri Cəlal Kamilovun idarə etdiyi “Tofaş” və Baxış Baxışovun idarə etdiyi “VAZ-2106” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş B.Baxışov orada vəfat edib. Faktla bağlı İsmayıllı RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR