Bank Of Baku

Xanlar rayon Nadel kənd orta məktəbində yanğın baş verib

Xanlar rayon Nadel kənd orta məktəbində yanğın baş verib
# 20 noyabr 2007 14:10 (UTC +04:00)
Xanlara rayonunun Nadel kənd orta məktəbində bu gün səhər saatlarında yanğın baş verib. APA-nın Qərb bürosunun məlumatına görə, səhər saat 06.30-da baş verən yanğın nəticəsində 4 sinif otağının çardağı tamamilə yanıb. Yanğın səhər saatlarında baş verdiyindən məktəbdə heç kəs olmayıb. Hadisənin baş vermə səbəbləri dəqiq məlum deyil. Sinif otaqlarının qızdırılması üçün odun sobalarından istifadə olunduğundan yanğının məhz bu sobalardan qaynaqlandığı güman olunur. Hazırda faktla bağlı araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR