APA-nın hadisə yerində olan əməkdaşının məlumatına görə, hadisənin sahə müvəkkili Zakir Sadıqovla onun qohumu Xanlar Məmmədovun arasında olan ədavəti nəticəsində baş verdiyi bildirilir. Belə ki, qohumu sahə müvəkkili Z. Sadıqovdan qisas almaq məqsədi ilə polis məntəqəsinə gəlib, lakin onu orada görməyəndə müqavimət göstərən digər əməkdaşa atəş açıb. Həmin vaxt hadisə yerində olan vətəndaş M. Cəbrayılov isə aldığı güllə yarasından yerindəcə keçinib. Bundan sonra X. Məmmədov Zakir Sadıqovun sahə müvəkkilinin Aydın Quliyev küçəsində yerləşən evinə gedərək, ona və həyat yoldaşı Mehriban Sadıqovaya odlu silahla xəsarət yetirib.
Hadisəni törədən X. Məmmədov Gəncə şəhər sakinidir, o, Bakıda kirayədə yaşayır. . Hadisə yerində yayılan məlumatlara görə, münaqişə pul üstündə baş verib. Belə ki, X. Məmmədovla sahə müvəkkili və qətlə yetirilən M. Cəbrayılov arasında 700-800 dollar məbləğində pul alış-verişi məsələsi olub. Hadisə yerində M. Cəbrayılovun X. Məmmədovdan şikayət üçün polis məntəqəsinə gəlməsi ilə bağlı da söhbətlər dolaşıb.
Hadisə nəticəsində yaralanaraq, Musa Nağıyev adına Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılan Zakir Sadıqov və həyat yoldaşlı Mehriban Sadıqovanın vəziyyəti isə ağırdır.
APA-nın hazırda xəstəxanada olan əməkdaşının verdiyi məlumata görə, Z. Sadıqov döş qəfəsinin ön və arxa divarının dəlib deşən güllə yarası, M. Sadıqova isə döş qəsəbəsinin deşilmiş güllə yarası diaqnozu qoyulub. M. Sadıqova əməliyyat edilib, hazırda Z. Sadıqov əməliyyat olunur.
Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində təhqiqat aparırlar. /APA/