Bank Of Baku

Xəzərdə batmış Rusiya gəmisinin heyətinin 4 üzvü bu səhər xilas edilib

Xəzərdə batmış Rusiya gəmisinin heyətinin 4 üzvü bu səhər xilas edilib
# 21 noyabr 2007 10:30 (UTC +04:00)
Xəzərdə batmış “Kamyust-1” gəmisinin heyətinin 4 üzvü xilas edilib. APA-nın məlumatına görə, axtarış prosesinə ümumilikdə 8 gəmi cəlb olunub, “Samur-18” gəmisi bu gün səhər saatlarında qəzanın baş verdiyi təxmin edilən ərazinin yaxınlığında sal aşkarlayıb və salda olan “Kamyust-1” gəmisinin ikinci şturmanı, 3-cü mexaniki və elektromexanikini xilas edib. Xilas olunan şəxslərin səhhəti normaldır. Qəza şəraiti ilə bağlı rəhbərliyə məlumat verən 2-ci şturman Brovkin gəmi batarkən dənizə 4 sal buraxıldığını, sallardan kapitan, baş mexanik, 2-ci mexanik və bosmanın bu sallardan birində olduğunu bildirib. Qəza anında şturman göyərtəsində 5 nəfərin qaldığını deyən Brovkin onların gəmini tərk edə bilmədiyini vurğulayıb. Səhər saatlarından etibarən Xəzər dənizində batmış gəminin heyətinin axtarışları davam edib. Hazırda Rusiyanın Xəzər Hərbi Donanmasına məxsus gəmi axtarış-xilasetmə işlərini davam etdirir. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR