Bank Of Baku

Elza Seyidcahan oğlunun hərbi hissəni özbaşına tərk edərək, maşın qaçırmağa cəhd göstərməsi barədə məlumatları təkzib edir - YENİLƏNİB 1

Elza Seyidcahan oğlunun hərbi hissəni özbaşına tərk edərək, maşın qaçırmağa cəhd göstərməsi barədə məlumatları təkzib edir - <font color=#FF0000>YENİLƏNİB 1</font>
# 21 noyabr 2007 12:37 (UTC +04:00)
Bölmədən bildirilib ki, əsgərlərdən biri - Rəşad Fətəliyev (hansı hərbi hissədə qulluq etdiyi aşıqlanmır) hazırda polisdə saxlanılır, faktla bağlı araşdırma aparılır.
Hərbi hissədən qaçan əsgərlər arasında olan Ələkbər Qasımovun müğənni Elza Seyidcahanın oğlu olduğu bildirilir. Polisdə saxlanılan əsgər Ə. Qasımovun yenidən hərbi hissəyə qayıtdığını deyib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən isə APA-ya əsgərlərin hərbi hissəni özbaşına tərk etmələri və maşın qaçırmağa cəhd göstərmələri barədə onlarda məlumat olmadığı bildirilib.
Hazırda Hollandiyada səfərdə olan müğənni Elza Seyidcahan isə APA-ya açıqlamasında oğlunun hərbi hissədən qaçması və avtomobil qaçırmağa cəhd göstərməsi barədə yayılan məlumatları şayiə adlandırıb: “Bu xəbər həm məni, həm də Bakıda çoxlarını narahat edib. Burda dövləti təmsil edirəm, xəbər mənə o qədər pis təsir edib ki, bu günə təyin olunan görüşlərimi təxirə salmışam”.
Oğlunun xəstə olduğunu bildirən müğənni onun üzərində bir qədər əvvəl Türkiyədə cərrahiyyə əməliyyatı aparıldığını deyib: “Amma sonradan onun hərarəti qalxıb və o, yenidən Yaşma qəsəbəsindəki hospitala yerləşdirilib”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR