Bank Of Baku

16-cı Polis Bölməsi: Rəşad Fətəliyev maşın oğurlamaq istədiyi əsgərlər arasında müğənni Elza Seyidcahanın oğlunun da olduğunu bildirib

16-cı Polis Bölməsi: Rəşad Fətəliyev maşın oğurlamaq istədiyi əsgərlər arasında müğənni Elza Seyidcahanın oğlunun da olduğunu bildirib
# 21 noyabr 2007 13:39 (UTC +04:00)
Nərimanov rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən APA-ya verilən məlumata görə, əsgərlərin VAZ-2106 markalı maşını qaçırmaq cəhdinin qarşısı Dövlət Yol Polisinin əməkdaşları tərəfindən alınıb. Əsgərlərdən biri - Rəşad Fətəliyev saxlanılıb və hərbi polisə təhvil verilib. R. Fətəliyev maşını bir neçə nəfərlə oğurlamaq istədiyini və onların arasında müğənni Elza Seyidcahanın oğlu Ələkbər Qasımovun da olduğunu bildirib. Sumqayıt Hərbi Prokurorluğundan APA-ya bildirib ki, faktla bağlı əsgərlərin xidmət etdikləri hərbi hissədə təhqiqata başlanılıb. Əsgərlərin əməllərində cinayət tərkibi olarsa, cinayət işi qaldırılaraq iş materialları Sumqayıt Hərbi Prokurorluğuna göndəriləcək. Lakin E. Seyidcahan APA-ya açıqlamasında oğlunun hərbi hissəni özbaşına tərk etməsi və maşın oğurluğuna cəhd göstərməsi barədə məlumatları təkzib edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR