Bank Of Baku

Eduard Lintner Bakıda Almaniya-Azərbaycan əlaqələrini müzakirə edib

Eduard Lintner Bakıda Almaniya-Azərbaycan əlaqələrini müzakirə edib
# 21 noyabr 2007 14:29 (UTC +04:00)
“Azərbaycanda söz azadlığı və mətbuat azadlığı yerli və beynəlxalq qanunlar kontekstində” adlı beynəlxalq konfransda iştirak etmək üçün Bakıda səfərdə olan Eduard Lintner APA-ya bildirib ki, o, Almaniya-Azərbaycan İqtisadi Yardım İttifaqının icraçı direktoru Florian Şreder ilə Almaniya-Azərbaycan əlaqələrinin vəziyyəti barədə danışıqlar aparıb. Bu əlaqələri daha da genişləndirmək üçün imkanlar olduğunu deyən Lintner, Azərbaycan prezidentinin xarici ölkələrdə təhsil almaq üçün tələbə göndərilməsi barədə qərarını alqışlayıb: “Hazırda Azərbaycan tələbələrinin Almaniyada təhsil almaları barədə danışıqlar aparılır. Azərbaycanlı tələbələrin Almaniyada təhsil almaları bir tərəfdən iki ölkə arasında əlaqələrin daha da möhkəmlənməsinə gətirib çıxara bilər, həm də bu qədər tələbənin xaricdə oxuyub Azərbaycana qayıtması ölkənin demokratiya yolunda inkişafını daha da sürətləndirər”. Qeyd edək ki, Eduard Lintnerin səfəri sabah başa çatır. Bakıdan Vyanaya gedəcək Eduard Lintner, oradan AŞPA-nın daimi komissiyasının iclasında iştirak etmək üçün Bratislavaya gedəcək. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR