Bank Of Baku

Sahil qəsəbəsində məktəb binasına bomba qoyulması barədə anonim zəngin 7-ci sinif şagirdi tərəfindən edildiyi məlum olub

Sahil qəsəbəsində məktəb binasına bomba qoyulması barədə anonim zəngin 7-ci sinif şagirdi tərəfindən edildiyi məlum olub
# 21 noyabr 2007 15:04 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polisin həyata keçirdiyi operativ əməliyyat-axtarış tədbirləri nəticəsində anonim zəngin həmin məktəbin 7-ci sinif şagirdi, 1993-cü il təvəllüdlü Nicat Bayramov tərəfindən edildiyi müəyyənləşdirilib. N. Bayramov saxlanılıb, araşdırma aparılır.
Qeyd edək ki, bu gün saat 11.50-də Qaradağ rayon Polis İdarəsinə məktəbə bomba qoyulması barədə edilən anonim zəngdən sonra məktəb dərhal boşaldılıb. Daxili İşlər, Müdafiə və Fövqəladə Hallar nazirlikləri əməkdaşlarının məktəbdə apardığı bir neçə saatlıq axtarış nəticəsində binada hər hansı partlayıcı qurğunun olmadığı məlum olub. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR