Bank Of Baku

Azərbaycan paytaxtında 1 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən atışma mənzil üstündə baş verib

Azərbaycan paytaxtında 1 nəfərin ölümü, 3 nəfərin isə yaralanması ilə nəticələnən atışma mənzil üstündə baş verib
# 21 noyabr 2007 15:36 (UTC +04:00)
Səbayel rayon prokurorunun müavini Elçin Sultanov APA-ya bildirib ki, hadisəni törədən şəxsin yerini müəyyən etmək hələ də mümkün olmayıb. Onun sözlərinə görə, hadisə sahə müvəkkili Zakir Sadıqovla onun qohumu Xanlar Məmmədovun arasında mənzillə bağlı yaranmış münaqişə zəminində baş verib. Faktla bağlı hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində təhqiqatı davam etdirirlər.
Qeyd edək ki, bu gün saat 10.00 radələrində Polis Sahə Müvəkkilliyinə silahlı hücum edən X. Məmmədovun odlu silahdan açdığı atəş nəticəsində Sahə Müvəkkilliyinin əməkdaşı, polis leytenantı İmdad Nəzərov qulaq nahiyəsindən güllə yarası alıb. Müvəkkillikdə olan vətəndaş, ev alqı-satqısı ilə məşğul olan, Qobustan qəsəbə sakini, 1964-cü il təvəllüdlü Cəbrayılov Müslüm İsaxan oğlu isə qətlə yetirilib. Bundan sonra X. Məmmədov sahə müvəkkili Zakir Sadıqovun evinə gedərək, ona və həyat yoldaşı Mehriban Sadıqovaya odlu silahla xəsarət yetirib. Hadisə nəticəsində yaralanaraq, Klinik Tibbi Mərkəzə çatdırılan Zakir Sadıqov və həyat yoldaşlı Mehriban Sadıqovanın vəziyyəti ağırdır. Hadisə ilə bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb. X. Məmmədov Gəncə sakinidir, Bakıda kirayədə yaşayır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR