Bank Of Baku

3 yol qəzasında 4 nəfər ölüb

3 yol qəzasında 4 nəfər ölüb
# 21 noyabr 2007 16:40 (UTC +04:00)
Abşeron rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun Müşfiqabad qəsəbəsində Süleyman Ağayev idarə etdiyi “VAZ-21011” markalı avtomaşınla Şamaxı rayon sakini Məzahir Nəsibovu vurub. Nəticədə M. Nəsibov hadisə yerində keçinib. Faktla bağlı Abşeron RPŞ-də araşdırma aparılır.
Kürdəmir rayonunun Muğanlı kəndində Sığırlı kənd sakini Famil Nəbiyevin idarə etdiyi “KamAZ” və Astara rayon sakini Əzizağa Hüseynovun idarə etdiyi “MAZ” markalı avtomaşınlar toqquşub. Nəticədə hər iki sürücü hadisə yerində ölüb. Faktla bağlı Kürdəmir RPŞ-də araşdırma aparılır.
Samux rayonunun Qırmızı Samux kəndində Feyruz Tağıyev idarə etdiyi “QAZ-24” markalı avtomaşınla Roza Lüksemburq kənd sakini Alxas Tanrıverdiyevi vurub. Nəticədə A.Tanrıverdiyev hadisə yerində vəfat edib. Faktla bağlı Samux RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR