Bank Of Baku

Vətəndaşlardan xeyli narkotik vasitə götürülüb

Vətəndaşlardan xeyli narkotik vasitə götürülüb
# 21 noyabr 2007 16:48 (UTC +04:00)
Sabirabad rayonunun Ulacalı kənd sakini Namiq Alışovdan narkotik vasitə aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının N. Alışovun evinə keçirdiyi baxış zamanı müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi aşkar edilərək götürülüb.
Sumqayıt ŞPİ əməkdaşlarının narkotik vasitə ilə tutulmuş Şahin Dadaşovun ətrafında keçirdiyi əməliyyat tədbirləri nəticəsində onun noyabrın 15-də Sumqayıt şəhər sakini Təranə Ağayevaya məxsus evdən əşyaları oğurlaması müəyyən edilib.
Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları Qazax şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Qocayevdən 3,513 qram heroin, DİN Nəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Lənkəran şəhər sakini Rəşad Niftəliyevdən 0,143 qram heroin, Bakı Şəhər Baş Polis İdarəsinin Cinayət-Axtarış İdarəsi və Nəsimi RPİ-nin əməkdaşları Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Samir Babayevdən 0,95 qram heroin, Xətai RPİ-nin 34-cü polis bölməsi əməkdaşları Masallı rayon sakini, əvvəllər məhkum olunmuş Azad Əsədovdan 0,239 qram heroin, Sumqayıt ŞPİ-nin əməkdaşları şəhər sakini Abbasov Nihaldan 0,261 qram heroin götürüblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR