Bank Of Baku

Azərbaycan paytaxtında 1 nəfəri öldürən, 3 nəfər isə yaralayan Xanlar Məmmədov həbs olunub

Azərbaycan paytaxtında 1 nəfəri öldürən, 3 nəfər isə yaralayan Xanlar Məmmədov həbs olunub
# 22 noyabr 2007 07:25 (UTC +04:00)
Bakı Şəhər Prokurorluğundan APA-ya daxil olan məlumata görə, X. Məmmədovu Gəncədə yerli polis həbs edib. O, həbs olunarkən polisə müqavimət göstərməyib. Prokurorluqdan o da bildirilib ki, hazırda X. Məmmədovun Bakıya gətirilməsi üçün prokurorluq əməkdaşları Gəncəyə ezam olunublar.
Qeyd edək ki, dünən saat 10.00 radələrində Polis Sahə Müvəkkilliyinə silahlı hücum edən X. Məmmədovun odlu silahdan açdığı atəş nəticəsində müvəkkillikdə olan vətəndaş, ev alğı-satqısı ilə məşğul olan, Qobustan sakini, 1964-cü il təvəllüdlü Cəbrayılov Müslüm İsaxan oğlu qətlə yetirilib, müvəkkilliyinin əməkdaşı, polis leytenantı İmdad Nəzərov isə qulaq nahiyəsindən güllə yarası alıb. Bundan sonra X. Məmmədov sahə müvəkkili Zakir Sadıqovun evinə gedərək, ona və həyat yoldaşı Mehriban Sadıqovaya odlu silahla xəsarət yetirib. Yaralılar Klinik Tibbi Mərkəzə yerləşdiriliblər. Mərkəzdən APA-ya bildirilib ki, hər iki xəstənin vəziyyəti əməliyyatdan sonra stabil ağır olaraq qalır. Faktla bağlı Cinayət Məcəlləsinin 29,120.2.7-ci (iki və daha çox şəxsi öldürməyə cəhd), 120-ci (qəsdən adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb, cinayət işinin istintaqı Bakı Şəhər prokurorluğunda aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR