Bank Of Baku

Rusiyada 20 ildən artıq heroin satışı ilə məşğul olan azərbaycanlılardan ibarət cinayətkar qruplaşma zərərsizləşdirilib

Rusiyada 20 ildən artıq heroin satışı ilə məşğul olan azərbaycanlılardan ibarət cinayətkar qruplaşma zərərsizləşdirilib
# 22 noyabr 2007 07:45 (UTC +04:00)
APA-nın məlumatına görə, 20 ildən artıq heroin satışı ilə məşğul olan cinayətkar dəstənin əksər üzvlərini azərbaycanlılar təşkil edib. Həbs olunan şəxslərin əksəriyyətinin qohum olduğu bildirilir. İlkin hesablamalara görə, cinayətkar qrup hər ay orta hesabla 10 kiloqramdan artıq yüksək keyfiyyətli heroin satıb. Əməliyyat eyni vaxtda 15 mənzildə keçirilib, axtarış tədbirləri nəticəsində bu evlərdən 8 kiloqram heroin, 500 min rubl, qızıl məmulatları, xarici maşınlar müsadirə olunub. Ümumilikdə cinayətkar dəstənin 20 üzvü həbs edilib, araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR