Bank Of Baku

Güclü külək Salyanda 4 mərtəbəli binanın damını uçurub

Güclü külək Salyanda 4 mərtəbəli binanın damını uçurub
# 22 noyabr 2007 09:58 (UTC +04:00)
Güclü külək bu gün səhər saat 10:00 radələrində Salyan şəhərinin Nazim Babayev küçəsindəki 4 mərtəbəli binanın damını uçurub. Bu barədə APA-ya rayonda fəaliyyət göstərən “Demokratiyaya Yardım” İctimai Birliyinin sədri Emil Məmmədov məlumat verib. Onun sözlərinə görə, hadisə nəticəsində binanın damı bütöv şəkildə binanın həyətinə düşüb. Həyətdə heç kim olmadığından xəsarət alan olmayıb. E. Məmmədov yalnız həyətdə olan yardımçı tikililərin dağıldığını qeyd edib. Onun sözlərinə görə, binanın işıq, qaz, su və telefon sistemi də hadisə nəticəsində dağılıb. Birlik sədri sözügedən binanın damının ötən ilin mart ayında dəyişdirildiyini qeyd edib. Rayon fövqəladə hallar komissiyasının sədri Etibar Hüseynov APA-ya açıqlamasında hazırda hadisə yerində əməkdaşların işlədiyini və dağıntının nəticələrini aradan qaldırıldığını bildirib. Onun sözlərinə görə, bu iş günün sonuna kimi davam edəcək və yalnız bundan sonra binanı damının yenilənməsi işinə başlanacaq. E. Hüseynov bildirib ki, 4-cü mərtəbədə yerləşən mənzillərin üstü açıqdır və yağıq yağacağı halda su mənzillərə töküləcək. Buna görə də o binanın üstünün maksimum tez örtüləcəyini vurğulayıb. Komissiya sədri hadisənin səbəbinin yalnız güclü küləklə əlaqəli olduğunu qeyd edib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR