Bank Of Baku

Qazax rayonunda külli miqdarda partlamamış hərbi sursat tapılıb

Qazax rayonunda külli miqdarda partlamamış hərbi sursat tapılıb
# 22 noyabr 2007 13:50 (UTC +04:00)
APA-nın Qərb bürosunun məlumata görə, Qazax rayon İcra Hakimiyyətinin Nazirlər Kabinetinə müraciətindən sonra Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) ərazini təmizləməyə başlayıb. İki gün ərzində aparılan təmizləmə əməliyyatları nəticəsində 3100 kvadratmetr ərazidə 10 ədəd partlamamış hərbi sursat aşkarlanıb. Ərazini 20 gün ərzində təmizləyəcəklərini söyləyən ANAMA-nın partlamamış hərbi sursatlar üzrə mütəxəssisi Pərviz Qidayevin sözlərinə görə, mərmilər vaxtilə burada yerləşən sovet qoşunlarının hərbi hissəsinə məxsus olub: “Bütün sursatlar yığıldıqdan sonra Ağstafa rayonundakı Saloğlu qəsəbəsinə aparılacaq və ANAMA-nın orada yerləşən mərkəzində zərərsizləşdiriləcək. Bizim standart əməliyyat proseduralarına əsasən əməliyyat aparıldığı yerdən 500 metr radiusda əhali köçürülməlidir. Ona görə də idarənin ərazisində məskunlaşmış 17 qaçqın ailəsi müvəqqəti olaraq köçürülüb”. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR