Bank Of Baku

Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri Tovuz rayonu istiqamətində atəşkəsi pozub
# 22 noyabr 2007 13:53 (UTC +04:00)
Ötən gün saat 19:00-dan başlayaraq Ermənistan Silahlı Qüvvələrinin bölmələri Berd rayonu ərazisindəki mövqelərindən Azərbaycan ordusunun Tovuz rayonunun Ağdam kəndindəki mövqelərini fasilələrlə 3 saat müddətində avtomat və pulemyotlardan atəşə tutub. Kənd sakinlərinin APA-nın Qərb bürosuna verdiyi məlumata görə, cavab atəşi ilə düşmən susdurulub. Hərbiçilərdən və mülki şəxslərdən xəsarət alan olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR