Bank Of Baku

Salyanda güclü külək yaşayış binasının damını uçurub

Salyanda güclü külək yaşayış binasının damını uçurub
# 22 noyabr 2007 14:03 (UTC +04:00)
Salyan rayonunda güclü külək yaşayış binasına ciddi ziyan vurub. Rayon İcra Hakimiyyətindən APA-nın Mil-Muğan bürosuna verilən məlumata görə, axşamdan əsan güclü külək Salyan şəhərinin Nizami Babayev küçəsi 1 ünvanında yerləşən dördmərtəbəli binanın dam örtüyünü uçurub. Hadisə zamanı xəsarət alan olmasa da, ətrafda yerləşən fərdi yaşayış evlərinə ziyan dəyib. İcra Hakimiyyəti və bələdiyyə hadisənin nəticələrinin aradan qaldırılması üçün tədbir görür. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR