Bank Of Baku

Oğurluqla məşğul olan 3 nəfər saxlanılıb

Oğurluqla məşğul olan 3 nəfər saxlanılıb
# 22 noyabr 2007 14:06 (UTC +04:00)
Yasamal RPİ-nin 29-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhərində kirayədə yaşayan Ağdaş rayon sakini Nasir Məmmədovun cibindən 40 manat pulunu oğurlamış Bakı şəhər sakini Əfrasiyab Alimov saxlanılıb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ə. Alimovdan 0,261 qram heroin götürülüb.
Xaçmaz RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində S. Hidayətovanın evindən oğurluq etmiş rayon sakini Pərviz Babayev tutulub. Onun ətrafında aparılmış tədbirlər nəticəsində cari ilin iyun-iyul ayları ərzində rayon sakinləri Mübariz Zeynalovun evindən 1 ədəd bank kartı və qızıl əşyaları, Rəcəb Rəcəbovun evindən 1 ədəd bank kartı və Naibə Orucəliyevanın evindən 2 ədəd bank kartlarını oğurlaması müəyyən edilib.
Şəmkir RPŞ əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Şiştəpə kənd sakini Vidadi Mahmudovun evindən 1 ədəd musiqi mərkəzi və geyim əşyaları oğurlamış həmkəndlisi Ədalət Orucov həbs edilib. Onun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində noyabrın 21-də kənd sakinləri Rəfiqə Əliyevanın mağazasından tütün məhsulları, Seyran İsmayılovun həyətindən 1 baş inək, Poçt Şöbəsindən isə 20 manat pul oğurlaması müəyyən edilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR