Bank Of Baku

Yol qəzalarında 5 nəfər ölüb

Yol qəzalarında 5 nəfər ölüb
# 22 noyabr 2007 14:21 (UTC +04:00)
Nərimanov rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, rayonun H. Əliyev küçəsində Füzuli rayon sakini Elşad Əzizov “KamAZ” markalı avtomaşını idarə edərkən həmyerlisi Adıgözəl Adıgözəlovu vurub. Nəticədə A. Adıgözəlov hadisə yerində keçinib. Faktla bağlı Nərimanov RPİ-də araşdırma aparılır.
Əzizbəyov rayonunun Türkan qəsəbəsindəki daş karxanasında qəsəbə sakini Alim Əbilov idarə etdiyi “ZİL” markalı avtomaşınla oranın fəhləsi, Astara rayon sakini Fətulla Mahmudovu vurub. Nəticədə F. Mahmudov hadisə yerində ölüb. Faktla bağlı Əzizbəyov RPİ-də araşdırma aparılır.
Abşeron rayonunun Mehdiabad kəndində Bakı şəhər sakini Məhəmməd Kərəmov idarə etdiyi “BMW” markalı maşınla Digah kənd sakini Ədilə Abbasquliyevanı vurub. Nəticədə Ə. Abbasquliyeva orada dünyasını dəyişib. Faktla bağlı Abşeron PPŞ-də araşdırmalar aparılır.
Göyçay rayonunun Mirzəhüseynli kəndində Qarabağlar kənd sakini Yaqub Seyidovun idarə etdiyi “VAZ-21011” və Yevlax rayon sakini Mətləb Həsənovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə xəsarət almış Y. Seyidov və sərnişini, Qarabağlar kənd sakini Rəxşəndə Əhmədova, habelə M. Həsənovun sərnişini, Gədəbəy rayon sakini Elçin Həsənov xəstəxanaya yerləşdirilib. Faktla bağlı Göyçay RPŞ-də araşdırma aparılır.
Ağdaş rayonunun Qarağan kəndində Bərdə rayon sakini Elsevər Rəhimovun idarə etdiyi “Mercedes” və Yevlax şəhər sakini Atay İsgəndərovun idarə etdiyi “Mercedes” markalı avtomaşınlar toqquşub. Nəticədə E. Rəhimovun və A. İsgəndərovun sərnişinləri - Bərdə rayon sakini Rəfiqə Cəfərova və Yevlax şəhər sakini Vüqar Əliyev hadisə yerində ölüb, xəsarət almış E. Rəhimov və digər sərnişinləri - Bərdə rayon sakinləri Sofiya Cəfərova, Gülnar Cəfərova və Sumqayıt şəhər sakini Pəri Kərimova xəstəxanaya yerləşdiriliblər. Faktla bağlı Ağdaş RPŞ-də araşdırma aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR