Bank Of Baku

Bakıdakı 193 saylı orta məktəbin şagirdləri Türk Silahlı Qüvvələrinə yardım üçün topladıqları pulu Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim ediblər

Bakıdakı 193 saylı orta məktəbin şagirdləri Türk Silahlı Qüvvələrinə yardım üçün topladıqları pulu Türkiyənin Azərbaycandakı səfirliyinə təqdim ediblər
# 23 noyabr 2007 09:24 (UTC +04:00)
Bakıdakı 193 saylı orta məktəbin 8 B sinfinin şagirdləri və sinif müəllimi Elbrus Hüseynov Türk Silahlı Qüvvələrinə yardım üçün topladıqları pulu təqdim etmək məqsədi ilə Türkiyənin Azərbaycandakı səfirliyinə gediblər. Səfirliyin mətbuat xidmətindən APA-ya bildirilib ki, 13-14 yaşlarında olan 26 şagird həmin pulu öz xərcliyindən ayırıb. Müəllim isə bir aylıq maaşını bağışlayıb. Səfirliyin yetkili şəxsləri ilə görüşən şagirdlər bildiriblər ki, bu təşəbbüsü göstərmələrinin məqsədi Türkiyənin terrorla mübarizəsinə verdikləri dəstəyi nümayiş etdirməkdir. Onlar bu dəstəyi maddi yox, mənəvi cəhətdən özlərinə borc bildiklərini deyiblər. Səfirliyin əməkdaşları yardım üçün təşəkkürlərini bildirərək, bunu Türkiyə ilə Azərbaycan arasındakı qardaşlıq bağlarının təzahürü olduğunu qeyd ediblər və toplanan məbləğin Azərbaycanda xeyriyyə məqsədi ilə xərclənməsini istəyiblər. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR