Bank Of Baku

Türkiyənin Dənizli şəhərində Azərbaycan mənşəli qadını fahişəlik etməyə məcbur edən beş nəfər yaxalanıb

Türkiyənin Dənizli şəhərində Azərbaycan mənşəli qadını fahişəlik etməyə məcbur edən beş nəfər yaxalanıb
# 23 noyabr 2007 12:37 (UTC +04:00)
Türkiyənin Dənizli şəhərində Azərbaycan mənşəli qadını fahişəlik etməyə məcbur edən beş nəfər yaxalanıb. APA-nın Türkiyə bürosunun xəbərinə görə, şəhər mərkəzindəki bir oteldə əcnəbi qadınların zorla fahişəliyə məcbur edilməsi barədə məlumat alan jandarma otelə əməliyyat düzənləyib. Əməliyyat zamanı fahişəlik etməyə məcbur edilən Azərbaycan K.Ş. xilas edilib. Olayla əlaqəsi olduğu iddia edilən N.K., O.A., A.A., M.Ç. və M.M. isə yaxalanaraq göz altına alınıb. Saxlanılanlar ifadələri alındıqdan sonra məhkəmə tərəfindən insan ticarəti, fahişəliyə təşviq və yer təmin etməkdə təqsirləndirilərək, barələrində həbs qərarı çıxarılıb. K.Ş. isə Azərbaycana gönderilmək üçün Dənizli Əmniyyət Müdürlüyünə təhvil verilib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR