Bank Of Baku

Xanlarda və Bakının Əzizbəyov rayonunda partlayış baş verib

Xanlarda və Bakının Əzizbəyov rayonunda partlayış baş verib
# 24 noyabr 2007 10:20 (UTC +04:00)
Xanlar rayonunda partlayış olub. Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, hadisə rayonun Nizami küçəsi, ev 47 ünvanında baş verib. Həmin ünvanda Sədaqət Qurbanovaya məxsus 1 mərtəbəli, 3 otaqlı evdə təbii qazın sızmasından yanğına keçən partlayış nəticəsində evin divarı uçaraq həyətdəki VAZ-2103 markalı avtomaşının üstünə tökülüb. Yanıq xəsarəti almış S. Qurbanova və gəlini Svetlana xəstəxanaya yerləşdiriliblər, araşdırmalar aparılır. Daha bir partlayış isə Bakının Əzizbəyov rayonunda qeydə alınıb. Buzovna qəsəbəsi R.Axundov küçəsi, ev 17-də yaşayan Sədi Atakişiyevin evində təbii qazın sızmasından ani partlayış baş verib. Nəticədə dağıntı olmasa da, S. Atakişiyev və həyat yoldaşı Xanım Atakişiyeva xəsarət alaraq, xəstəxanaya yerləşdiriliblər. Araşdırmalar aparılır. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR