Bank Of Baku

Xızı, Tovuz, Masallı və Bakının Xətai rayonlarında baş verən yol-nəqliyyat hadisələrində 6 nəfər ölüb

Xızı, Tovuz, Masallı və Bakının Xətai rayonlarında baş verən yol-nəqliyyat hadisələrində 6 nəfər ölüb
# 24 noyabr 2007 11:43 (UTC +04:00)
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Xızı rayonunun Yeni Yaşma kəndində Bakı şəhər sakini Rövşən Baxşəliyevin idarə etdiyi “MAZ” və Sumqayıt şəhər sakini Mehman İsrafilovun idarə etdiyi “Ford-Tranzit” markalı avtomaşınlar toqquşub. Nəticədə M. İsrafilovun sərnişinlərindən oğlu Vahid, həmyerlisi Vəli Əliyev və onun həyat yoldaşı hadisə yerində ölüblər, özü və digər sərnişinləri - Bakı şəhər sakinləri Qoşqar Nəcəfov, onun həyat yoldaşı Lidiya, oğlu Aydəmir, qızı Səbinə, 25-30 yaşlı kişi və 4-5 yaşlı oğlan uşağı xəsarətlə xəstəxanaya yerləşdiriliblər. Q. Nəcəfovun vəziyyəti qənaətbəxş, digərlərinin vəziyyəti isə ağırdır.
Tovuz rayonunun Qovlar qəsəbəsində qəsəbə sakini Şahin Kərimov idarə etdiyi “VAZ-2103” markalı avtomaşınla həmyerlisi Abuzər İsmayılovu vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən A. İsmayılov orada ölüb.
Masallı rayonunun Seybətin kəndində müəyyən edilməmiş avtomaşın Cəlilabad rayon sakini Bəhruz Abbasov vurub. Xəsarətlə xəstəxanaya yerləşdirilən B. Abbasov orada ölüb. Masallı rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən “VAZ-2106” markalı avtomaşının sürücüsü, Şıxlar kənd sakini Mahmud Alışov tutulub.
Xətai rayonundakı G. Şıxlinski küçəsində Bakı şəhər sakini Ceyhun Novruzov idarə etdiyi “Mercedes” markalı avtomaşınla Hacıqabul rayon sakini Xalid Qasımovu vurub. Xəsarət alan X. Qasımov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR