Bank Of Baku

Azərbaycan paytaxtında “Çeçen Ruslan” ləqəbli Rusiya vətəndaşı qətlə yetirilib

Azərbaycan paytaxtında “Çeçen Ruslan” ləqəbli Rusiya vətəndaşı qətlə yetirilib
# 26 noyabr 2007 08:07 (UTC +04:00)
Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya daxil olan məlumata görə, atışma nəticəsində “Çeçen Ruslan” ləqəbli, Rusiya Federasiyasının vətəndaşı Raqib Rüstəmov qətlə yetirilib. Bakı şəhər Prokurorluğundakı mənbədən isə APA-ya bildirilib ki, hadisə uzun müddət davam edən mübahisə zəminində baş verib. Belə ki, “Çeçen Ruslan” ləqəbi ilə tanınan R. Rüstəmovun üzvü olduğu qrup bir müddət əvvəl Rusiyada Ucar rayonundan olan iş adamını öldürüb. Qarşı tərəf isə qisasçılıq zəminində R. Rüstəmovu qətlə yetirdiyi ehtimal olunur. Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə), 228-ci (qanunsuz silah saxlama) maddələri ilə cinayət işi başlanıb, araşdırma aparılır. Hələlik hadisəni törədən şəxsin kimliyini müəyyənləşdirmək və həbs etmək mümkün olmayıb. /APA/
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR